FİFA prezidenti Özbəkistan millisini tarixi uğuru münasibətilə təbrik etdi
FİFA prezidenti Canni İnfantino Özbəkistan milli komandasını tarixində ilk dəfə futbol üzrə dünya çempionatında iştirak etməsi münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, İnfantino komandanın dünya çempionatında vurduğu ilk qolu şəxsən izləyib və bu anın həm futbolçular, həm də azarkeşlər üçün böyük emosiyalar yaratdığını qeyd edib.
"Komandanız bütün dünyaya və ölkənizdə yaşayan insanlara göstərdi ki, əlçatmaz arzu yoxdur. FIFA dünya çempionatında ilk qolunuzu öz gözlərimlə görəndə sizin və stadiondakı azarkeşlərin keçirdiyi güclü hissləri anladım. Bu təcrübə, şübhəsiz ki, Özbəkistanda futbolun inkişafına töhfə verəcək. Sizə gələcəkdə uğurlar arzulayıram", – deyə FİFA prezidenti vurğulayıb.
09:39 03.07.2026
Oxunuş sayı: 59