Rusiyanın "Marşal Vasilevski" gəmisində pulemyotlar NATO-nun narahatlığına səbəb olub
Rusiyanın "Marşal Vasilevski" adlı mayeləşdirilmiş təbii qaz daşıyan gəmisinə iriçaplı pulemyotların quraşdırılması NATO ölkələrində narahatlıq yaradıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, silahlandırılmış gəmi Baltik dənizində müşahidə olunub. Təhlükəsizlik rəsmiləri hesab edirlər ki, bu addım Rusiyanın öz gəmilərinin saxlanılması və ya yoxlanılması cəhdlərinə qarşı sərt mövqe nümayiş etdirmək məqsədi daşıyır.
Bildirilir ki, gəminin silahlandırılması Avropa ölkələrinin Rusiya bayrağı altında üzən gəmilərə qarşı mümkün əməliyyatlarını daha riskli edə bilər. Baltik regionunun təhlükəsizlik nümayəndələri isə Rusiya bayrağı altında üzən gəminin ələ keçirilməsinin hərbi eskalasiya riski yaratdığını vurğulayıblar.
07:01 03.07.2026
Oxunuş sayı: 64