Belarus və Myanma liderləri təkbətək görüş keçirir
Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Myanma lideri Min Aun Hlayn arasında təkbətək formatda danışıqlar keçirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Myanma lideri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsinin vacibliyini vurğulayıb.
Aleksandr Lukaşenko isə bildirib ki, məqsəd region ölkələri üçün nümunə olacaq tərəfdaşlıq modelinin formalaşdırılmasıdır. Onun sözlərinə görə, bu əməkdaşlığın əsas məqsədi Belarus və Myanma xalqlarının rifahına xidmət etməkdir.
Lukaşenko əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq heç bir dövlətə qarşı yönəlməyib və yalnız Belarus və Myanma vətəndaşlarının maraqlarına xidmət edir.
23:59 02.07.2026
Oxunuş sayı: 55