Aralıq dənizində 5,3 bal gücündə zəlzələ baş verib
Aralıq dənizində, Türkiyənin Datça rayonu sahilləri yaxınlığında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanların ocağı 19,87 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
23:30 02.07.2026
Oxunuş sayı: 54