Avropalıların müharibə qorxusu: Aİ təkbaşına müdafiə oluna bilməz
“Public First” şirkətinin “Politico” üçün apardığı yeni ictimai rəy sorğusu Avropa İttifaqının müdafiə qabiliyyəti ilə bağlı narahatlıqları üzə çıxarıb.
Crossmedia.az bu barədə “Politico” nəşrinə istinadən xəbər verir.
Sorğunun nəticələrinə görə, respondentlərin 43%-i Avropanın mümkün hərbi münaqişə zamanı özünü müdafiə etməyə hazır olmadığını düşünür, 41%-i isə bunun əksini bildirib.
Eyni zamanda, iştirakçıların 58%-i öz ölkələrinin müstəqil şəkildə müdafiəyə hazır olmadığını qeyd edib, yalnız 27%-i isə ölkələrinin bu baxımdan hazır olduğunu hesab edir.
Respondentlər Baltikyanı ölkələri, Rumıniya, Bolqarıstan, Danimarka, Portuqaliya, İtaliya və İrlandiyanı təkbaşına müharibə aparmağa ən az hazır dövlətlər kimi qiymətləndiriblər.
Ən yüksək etimad isə Finlandiya və Xorvatiyanın hərbi imkanlarına göstərilib.
21:46 02.07.2026
Oxunuş sayı: 62