Norveç futbolçuları vikinq obrazında
Norveçdə futbol üzrə Dünya Çempionatı zamanı vikinqlər dövrünə maraq əhəmiyyətli dərəcədə artıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Aftenposten˝ qəzetinin məlumatına görə Norveç millisinin Dünya Çempionatındakı uğurlu çıxışı ölkənin genişmiqyaslı milli brendinq kampaniyası ilə üst-üstə düşüb.
Kampaniya çərçivəsində Norveç Futbol Assosiasiyası milli komandanın futbolçularının vikinq geyimində çəkildiyi xüsusi fotosessiyanı təqdim edib. Layihə beynəlxalq KİV-lərdə və sosial media platformalarında geniş maraqla qarşılanıb və böyük rezonans doğurub.
01:15 03.07.2026
Oxunuş sayı: 58