İran XİN: Xameneyinin vida mərasiminə 100-ə yaxın ölkədən nümayəndə qatılacaq
İran Xarici İşlər Nazirliyi bildirib ki, keçmiş Ali dini lider Ayətullah Seyid Əli Xameneyi ilə vida mərasiminə təxminən 100 ölkənin nümayəndələri qatılacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, beynəlxalq səviyyədə geniş iştirakın gözlənildiyi mərasimdə müxtəlif dövlətlərin rəsmi nümayəndə heyətləri yer alacaq.
İran bu iştirakı ölkəyə qarşı beynəlxalq marağın və diplomatik əlaqələrin göstəricisi kimi qiymətləndirir.
21:10 02.07.2026
Oxunuş sayı: 52