Ukraynalı deputat sirləri açdı: Müharibə 2030-cu ilə qədər davam edəcək
Ukrayna Ali Radasının deputatı Aleksandr Kaçura kəşfiyyat məlumatlarına istinad edərək bildirib ki, Rusiya uzunmüddətli hərbi planlar qurur və müharibəni təxminən, 2030-cu illərə qədər davam etdirməyi hədəfləyir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, əldə olunan kəşfiyyat məlumatları Moskvanın qısa müddətli deyil, strateji və uzunmüddətli qarşıdurmaya hazırlaşdığını göstərir.
Kaçura bu iddianı konkret sənədlərlə açıqlamasa da, məsələ Ukraynada müharibənin mümkün davametmə müddəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
20:28 02.07.2026
Oxunuş sayı: 49