Tramp NATO-nu hədəf aldı: Avropanı milyardlarla dollarla biz qoruyuruq, bu, rəsmən gülüncdür
ABŞ-nin prezidenti Donald Tramp NATO ilə bağlı sərt tənqid səsləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, ABŞ alyansa digər üzv ölkələrdən dəfələrlə çox maliyyə vəsaiti xərcləyir, lakin bunun müqabilində kifayət qədər fayda əldə etmir.
Tramp bildirib:
“ABŞ NATO-ya hər hansı digər ölkədən daha çox pul xərcləyir və onları qoruyur, amma bundan heç bir real qazanc əldə etmir. ABŞ — 999 milyard dollar, Böyük Britaniya — 90,5 milyard, Fransa — 66,5 milyard, İtaliya — 48,8 milyard, Polşa — 44,3 milyard xərcləyir. Digər ölkələr, o cümlədən Almaniya isə bundan xeyli az xərcləyir. (2014–2025). Bu gülüncdür!”
Trampın bu açıqlaması NATO daxilində xərclərin bölgüsü və ABŞ-nin alyansdakı roluna dair müzakirələri yenidən gündəmə gətirib.
20:20 02.07.2026
Oxunuş sayı: 50