Paşinyan Moskvaya arxa çevirdi: Erməni məhsulları Avropaya daşınır
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin kənd təsərrüfatı məhsullarının Avropa İttifaqına (Aİ) ixracı məsələsi siyasi səviyyədə həllini tapıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Ermənistana səfəri və Aİ-nin ölkədən mümkün qədər çox məhsul almağa hazır olduğunu bəyan etməsindən sonra Ermənistan hökuməti ixracatçılar üçün subsidiyaların müddətini iyul ayı üzrə də uzadıb.
Hökumətin qərarına əsasən, hər məhsul növü üçün fərqli subsidiya məbləği tətbiq olunur. İyun ayında qəbul edilən qərarla müqayisədə Qərb ölkələrinə gül ixracı üçün subsidiyalar artırılıb, həmçinin daha yüksək dəyərə malik məhsul hesab edilən çerri pomidoru da subsidiya siyahısına daxil edilib.
19:08 02.07.2026
Oxunuş sayı: 55