Ukraynadan etiraf: Ən zəif nöqtəmiz tapıldı, heç nə edə bilmirik
Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuriy İqnat bildirib ki, ölkədə Patriot hava hücumundan müdafiə sistemləri və onlar üçün raketlər kritik dərəcədə çatışmır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiyanın gecə saatlarında həyata keçirdiyi son hücum zamanı ballistik raketlərin qarşısını almaq istənilən səviyyədə mümkün olmayıb.
“Ballistik raketlər bu gün bizim ən zəif nöqtəmizdir. Hazırda yalnız iki müdafiə üsulu var: passiv müdafiə – sığınacaqlar və qoruyucu tikililər, yaxud aktiv müdafiə – Patriot sistemləri və ən əsası, onlar üçün raketlər. Bizim ən çox ehtiyac duyduğumuz məhz bu raketlərdir”, – deyə İqnat bildirib.
O əlavə edib ki, Patriot raketlərinin çatışmazlığı təkcə Ukraynada deyil, ümumilikdə dünya miqyasında müşahidə olunur.
18:49 02.07.2026
Oxunuş sayı: 52