Rusiya tarixinin ən böyük böhranı başlayıb
Rusiyanın neft emalı zavodlarına (NEZ) endirilən zərbələrdən sonra ölkədə benzin istehsalı təxminən 25% azalıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hazırda Rusiya sutkada təxminən 85 min ton benzin istehsal edir. Halbuki yay mövsümündə gündəlik tələbat 110 min tona çatır.
Bildirilir ki, yanacaq satışına məhdudiyyətlər artıq Rusiyanın 78 regionunda tətbiq olunur və bir çox yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.
Ukrayna Rusiyanın neft emalı sənayesi, logistika şəbəkəsi və işğal altındakı Krımdakı infrastruktur obyektlərinə ardıcıl zərbələr endirməklə Kremlin müharibə xərclərini artırmağa çalışır.
Bununla yanaşı, nəşrin danışdığı ekspertlər Rusiyada yaxın vaxtlarda iqtisadi çöküş gözləmədiklərini bildirirlər. Onların fikrincə, Moskva mövcud hərbi əməliyyatların intensivliyini ən yaxşı halda daha bir il davam etdirə bilər.
18:33 02.07.2026
Oxunuş sayı: 54