Kalininqradda 40 milyon illik nəhəng kəhrəba tapıldı
Rusiyanın Kalininqrad Kəhrəba Kombinatında çəkisi 1,5 kiloqram, yaşı isə təxminən 40 milyon il olan iki növ kəhrəbadan ibarət unikal külçə aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, Rostex bu barədə məlumat yayıb.
Məlumata görə, nadir tapıntı iki fərqli növ kəhrəbanın təbii şəkildə birləşməsi nəticəsində formalaşıb və çəkisi 1,5 kiloqramdır.
Külçə Kalininqrad vilayətinin yaradılmasının 80 illiyi münasibətilə "Yubilyar" adlandırılıb.
Rostex tərəfindən yayımlanan görüntülərdə unikal kəhrəba nümunəsi nümayiş etdirilib.
01:34 03.07.2026
Oxunuş sayı: 59