Rusiya benzini Hindistandan idxal etməyə başlayıb
Rusiya yanacaq çatışmazlığı fonunda Hindistandan benzin idxalına başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiya müxtəlif ölkələrdən aylıq ümumilikdə 400 min ton benzin idxal etməyi planlaşdırır.
Qeyd edək ki, yay aylarında Rusiyada gündəlik benzin istehlakı ən azı 110 min ton təşkil edir.
09:23 02.07.2026
Oxunuş sayı: 79