Putin: Dünya süni intellektlə yaşamağı öyrənməlidir
Rusiya Prezidenti Vladimir Putin dünyada insanların süni intellektlə yaşamağı və işləməyi öyrənməli olacağını bildirib.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Putin qeyd edib ki, ekspertlər süni intellektin geniş yayılmasının insanları şəxsiyyətsizləşdirə və hamını vahid standartda birləşdirə biləcəyindən narahatlıq ifadə edirlər.
Onun sözlərinə görə, dünya hələ süni intellektlə birgə yaşamağı öyrənməlidir.
Putin həmçinin bildirib ki, süni intellektin inkişafı fonunda mümkün “rəqəmsal totalitarizm” keçmişin totalitar cəmiyyətləri kimi çıxılmaz, qaranlıq və antihumanist bir sistemə çevrilə bilər.
19:49 01.10.2026
Oxunuş sayı: 45