Si Cinpin Tayvanla milli birləşmə məqsədini bir daha vurğulayıb
Çin Xalq Respublikasının lideri Si Cinpin Tayvanla əlaqələrin dərinləşdirilməsinə, adanın müstəqilliyini dəstəkləyən qüvvələrə qarşı mübarizəyə və dinc birləşmənin təşviqinə çağırıb.
Crossmedia.az xəbər verir ki, Si Cinpin bu barədə açıqlama verib.
Çin lideri Tayvan boğazının hər iki tərəfində əlaqələrin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin xarici qüvvələrin müdaxiləsinə qarşı çıxmağın və milli birləşmə prosesini irəli aparmağın zəruri olduğunu bildirib.
“Biz Tayvan boğazının hər iki tərəfində mübadilələri və əməkdaşlığı dərinləşdirməli, Tayvanın müstəqilliyini dəstəkləyən separatçı qüvvələrə qətiyyətlə qarşı çıxmalı, xarici qüvvələrin müdaxiləsinə mane olmalı və milli birləşmə prosesini irəli aparmalıyıq”, – deyə Si Cinpin bildirib.
18:17 01.10.2026
Oxunuş sayı: 39