Ukrayna Rusiyanın üç vilayətindəki obyektlərə zərbələr endirdiyini açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Qara dənizdə və Rusiyanın bir sıra bölgələrində müxtəlif hədəflərə zərbələr endirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Volodimir Zelenski bu barədə məlumat verib.
Onun sözlərinə görə, Oryol vilayətində zərbə dronlarının buraxıldığı və saxlanıldığı məntəqə, Samara vilayətində neft obyekti, Bryansk vilayətində isə Rusiya qoşunlarının təchizat anbarı hücuma məruz qalıb.
18:38 01.10.2026
Oxunuş sayı: 42