Hacıqabulda yol qəzasında 4 nəfər xəsarət alıb
Hacıqabulda baş verən qəzada 4 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik maşınlarının toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 4 nəfər ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
18:33 01.10.2026
Oxunuş sayı: 44