Kreml Kalininqradın təhlükəsizliyi ilə bağlı açıqlama verdi
Kremlin sözçüsü Dmitri Peskov Kalininqradla bağlı Moskvanın açıqlamalarını Avropa ölkələrində hərbiləşmə prosesinin sürətlənməsi və Avropa dövlətlərinin Ukraynaya dəstəyi ilə əlaqələndirib.
Crossmedia.az xəbər verir ki, “İnterfaks” bu barədə məlumat yayıb.
Peskov bildirib ki, Kalininqrad Rusiya Federasiyasının ayrılmaz hissəsidir və ölkənin mühüm qərb bölgəsidir. Onun sözlərinə görə, Rusiya qanunvericiliyinə uyğun olaraq regionun təhlükəsizliyini təmin edəcək.
Kremlin sözçüsü Moskvanın açıqlamalarının Avropada və Avropa dövlətlərində davam edən sürətli hərbiləşmə fonunda verildiyini deyib.
Peskov həmçinin Avropa ölkələrinin böyük hissəsinin Ukraynaya hərbi dəstək göstərdiyini, o cümlədən silah, sursat və hərbi təlimatçılar göndərdiyini bildirib.
19:35 01.10.2026
Oxunuş sayı: 44