Britaniyanın Aİ-yə qayıdışı gündəmə gəldi
Polşanın xarici işlər naziri Radek Sikorski Böyük Britaniyanın Avropa İttifaqına qayıtmaq qərarını alacağı təqdirdə Varşavanın bunu dəstəkləyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “X” sosial şəbəkəsində Radek Sikorski bu barədə paylaşım edib.
Sikorskinin sözlərinə görə, Böyük Britaniya Aİ-yə yenidən üzvlük üçün müraciət edərsə, Polşa bu addımı müsbət qarşılayacaq.
O bildirib ki, London onillik təhlildən sonra Aİ üzvlüyünün vahid bazarda iştirak üçün optimal forma olduğu qənaətinə gələ bilər.
Sikorski həmçinin Aİ-yə üzvlüyün alternativinin olmadığı fikrini müdafiə edib və avroskeptiklərin bunun əksini inandırmasına imkan verməməyə çağırıb.
19:07 01.10.2026
Oxunuş sayı: 47