Venesuelada qiyamət əlaməti müşahidə edilib
Venesuela ərazisində baş verən zəlzələdən sonra səmanın qırmızı rəng alması müşahidə edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝VTV˝ televiziya kanalı məlumat yayıb.
Məlumata görə, bu atmosfer hadisəsi birbaşa seysmik aktivliklə əlaqəlidir. Zəlzələ nəticəsində havaya böyük miqdarda toz və qum hissəcikləri qalxıb.
Yüksək miqdarda mikroskopik hissəciklər günəş işığını səpələyir və nəticədə yalnız qırmızı və narıncı kimi uzun dalğa uzunluğuna malik rənglər atmosfer qatından keçə bilir. Bu da səmanın qeyri-adi şəkildə qırmızı görünməsinə səbəb olub.
21:10 01.07.2026
Oxunuş sayı: 48