ABŞ səfiri Trampın sosial şəbəkə paylaşımlarını hər gün izlədiyini bildirib
ABŞ-nin İsraildəki səfiri Mayk Hakaabi prezident Donald Trampın sosial şəbəkə fəaliyyətini hər gün yoxladığını və bu vərdişi işinin bir hissəsinə çevirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə o özü məlumat verib.
Mayk Hakaabi bildirib ki, vəzifəyə başladıqdan sonra öyrəndiyi əsas məqamlardan biri Trampın sosial şəbəkə hesablarını daim izləməyin vacibliyidir. Onun sözlərinə görə, Tramp gecə saatlarında belə sosial şəbəkə vasitəsilə kadr dəyişiklikləri barədə qərarlar verə bilir.
Səfir qeyd edib ki, hər səhər oyandıqdan sonra ilk işi Trampın “Twitter” hesabını yoxlamaq olur və bu yolla öz statusunun dəyişib-dəyişmədiyini müəyyənləşdirir.
15:36 01.07.2026
Oxunuş sayı: 55