Vens: ABŞ İranla münasibətlərdə "kökə və qamçı" siyasəti yürüdür
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İranla fikir ayrılıqlarının həlli prosesində "kökə və qamçı" metodundan istifadə etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, Fox News telekanalına müsahibəsində danışıb.
Vensin sözlərinə görə, son iki həftə ərzində İran gəmilərə hücum etməyib və Hörmüz boğazından neft daşınması davam edir.
O qeyd edib ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın İranın gəmilərə hücum edəcəyi təqdirdə Vaşinqtonun cavab zərbəsi endirəcəyini açıq şəkildə bəyan etməsi olub.
07:10 01.07.2026
Oxunuş sayı: 52