ABŞ–İran danışıqları yenidən başlayır?
İraq ABŞ və İran arasında mümkün danışıqlara yenidən ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İraqın Rusiyadakı səfiri Əbdülkərim Haşim Mustafa ˝TASS˝ agentliyinə müsahibəsində məlumat verib.
Diplomat bildirib ki, İraq daha əvvəl də ABŞ və İran arasında dolayı danışıqlara ev sahibliyi edib və eyni missiyanı yenidən üzərinə götürməyə hazırdır. Onun sözlərinə görə, bunun reallaşması hər iki tərəfin – ABŞ və İranın siyasi iradəsindən asılıdır.
Əbdülkərim Haşim Mustafa əlavə edib ki, İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar zamanı istifadə olunan raketlər təkcə İraqın deyil, Suriya, Livan və bəzi hallarda İordaniyanın hava məkanından keçib. O qeyd edib ki, bu cür raketləri zərərsizləşdirə biləcək texniki imkanlara malik ölkələrin sayı olduqca məhduddur.
22:16 30.06.2026
Oxunuş sayı: 58