Obama: ABŞ-ın nüvə sazişindən çıxması İranla bağlı vəziyyəti daha da pisləşdirib
ABŞ-ın sabiq prezidenti Barak Obama bəyan edib ki, Vaşinqtonun İranla bağlanmış nüvə sazişindən çıxması vəziyyətin daha da gərginləşməsinə səbəb olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Clash Report sosial media saytında dərc olunmuş müsahibədə deyib.
Obama bildirib ki, saziş çərçivəsində İran nüvə silahı hazırlamamaq öhdəliyi götürmüşdü və həmin razılaşmanın icra olunduğu beynəlxalq ictimaiyyət, o cümlədən İsrail və ABŞ kəşfiyyat orqanları tərəfindən təsdiqlənirdi.
Onun sözlərinə görə, ABŞ administrasiyasının sazişdən çıxması İranı nüvə proqramını daha da genişləndirməyə sövq edib.
Sabiq prezident əlavə edib ki, ABŞ müharibəyə milyardlarla dollar xərcləyib, bu isə ordunun üzərinə böyük yük qoyub və çoxsaylı insan tələfatına səbəb olub.
“Belə görünür ki, biz müharibəyə başladığımız nöqtəyə qayıtmışıq, hətta vəziyyət bəlkə də əvvəlkindən daha pisdir”, – deyə Obama qeyd edib.
O həmçinin bildirib ki, onun məlumatına əsasən, qüvvədə olan atəşkəs çərçivəsində nüvə məsələsinin həlli ilə bağlı planın hazırlanması üçün 60 günlük müddət nəzərdə tutulur. Bununla belə, Obama həmin planın məzmununun hələ məlum olmadığını vurğulayıb.
18:32 30.06.2026
Oxunuş sayı: 53