Ərdoğandan NATO mesajı: Türkiyə 70 ildən çoxdur təhlükəsizliyin əsas dayaqlarındandır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, güclü silahlı qüvvələri, müasir hərbi imkanları və inkişaf etmiş müdafiə sənayesi sayəsində Türkiyə artıq 70 ildən çoxdur NATO-nun təhlükəsizliyinə töhfə verən aparıcı müttəfiqlərdən biridir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, Türkiyənin NATO missiyalarında aktiv iştirak etdiyini və sülhün, sabitliyin qorunmasına töhfə verdiyini vurğulayıb.
Ərdoğan həmçinin qeyd edib ki, Ankara müttəfiqləri ilə həm regional böhranların idarə olunması sahəsindəki təcrübəsini, həm də NATO çərçivəsindəki geniş bilik və bacarıqlarını bölüşür.
20:26 29.06.2026
Oxunuş sayı: 49