Alim Krım sahillərində baş verən zəlzələləri şərh edib
Krım sahillərində qeydə alınan silsilə zəlzələlərlə bağlı mütəxəssis açıqlama verib.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, geologiya-mineralogiya elmləri doktoru Korjenkov bölgədə baş verən yeraltı təkanların region üçün xarakterik olduğunu bildirib.
Onun sözlərinə görə, kiçik zəlzələlər zamanı enerjinin tədricən boşalması müsbət hal sayılır, çünki bu, yer qabığında toplanmış gərginliyi azaldır.
Alim əlavə edib ki, bu tip seysmik aktivlik bölgə üçün qeyri-adi deyil və davamlı monitorinq aparılır.
15:53 22.06.2026
Oxunuş sayı: 49