Konstantin Malofeyev Max messencerindəki kanalını dondurdu: Telegram bərpa olunmalıdır
Rusiyanın "Sargrad" ("Царьград") təbliğat resursunun rəhbəri Konstantin Malofeyev Rusiyanın dövlət messenceri sayılan "Max" platformasındakı kanalının fəaliyyətini dondurduğunu elan edib və hakimiyyəti ölkədə bloklanmış "Telegram"ı yenidən aktivləşdirməyə çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər
verir.
Malofeyev bildirib ki, zamanilə "Telegram"ın bloklanması guya "təhlükəsizlik mülahizələri" ilə əsaslandırılsa da, bu qərar təxribatların və dron hücumlarının sayını azaltmayıb.
İş adamı kinayə ilə qeyd edib ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyada mesajların gec yüklənməsi xəbərini eşidib "qorxudan geri qayıtması" ağlabatan deyil.
O, dövlət layihəsi olan "Max" messencerini kəskin tənqid edərək, tətbiqin hava həyəcanı zamanı bildirişləri (push-notifications) stabil şəkildə ötürə bilmədiyini, mütəmadi olaraq donduğunu və texniki nasazlıqlar yaratdığını vurğulayıb.
Malofeyevin sözlərinə görə, bu platforma demək olar ki, bütün parametrlərdə "Telegram"dan geri qalır.
Bundan əlavə, milyarder "Max" messencerinin "casusluq funksiyalarına" malik ola biləcəyinə dair şübhələrini dilə gətirib, həmçinin tətbiqin "Apple" və "Huawei" rəqəmsal mağazalarında yerləşdirilməsi ilə bağlı ciddi problemlərin olduğunu diqqətə çatdırıb.
Fidan
Məmməd-zadə
12:55 22.06.2026
Oxunuş sayı: 60