Polşadan Zelenskinin orden tənqidinə kəskin cavab
Varşava Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşanın ali dövlət mükafatı olan "Ağ Qartal" ordeni ilə bağlı tənqidlərinə cavab verib. Belə ki, Zelenski mükafatın Benito Mussolini, II Yekaterina və Gerhard Şröder kimi şəxslərdə saxlanıldığı halda, özünün bu ordendən məhrum edilməsinə etirazını bildirmişdi.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər
verir.
Polşa Prezidenti Dəftərxanasının naziri Aqneşka Yencak (Agnieszka Jędrak) "X" sosial şəbəkəsində mövzu ilə bağlı bəyanat yayıb.
Nazir qeyd edib ki, orden ölümündən sonra geri alına bilməz, bu səbəbdən də Mussolini və II Yekaterinanın adlarının bu müstəvidə çəkilməsi hüquqi baxımdan doğru deyil.
Rusiya Prezidenti Vladimir Putinlə sıx əlaqələrinə görə tez-tez tənqid hədəfinə çevrilən Almaniyanın keçmiş kansleri Gerhard Şröderə gəldikdə isə, Polşa rəsmisi fərqli bir məqama toxunub.
Yencak vurğulayıb ki, Şröder heç vaxt Polşanı Zelenski qədər açıq şəkildə təhqir etməyib:
"Şröderin dövründə Almaniyada Bundesverin (Silahlı Qüvvələrin) bölmələrinə "SS qəhrəmanları"nın adları verilmirdi."
12:40 22.06.2026
Oxunuş sayı: 41