Filippində məktəbdə silahlı hücum: ölənlər və yaralananlar var
Filippində bir yeniyetmənin məktəbdə açdığı atəş nəticəsində azı 3 nəfər həyatını itirib, daha 5 nəfər isə yaralanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə Takloban şəhərində yerləşən San-Xose adına orta məktəbdə baş verib. Məlumata görə, silahlı hücum edən şəxs yeniyetmə olub.
Yaralılar xəstəxanaya yerləşdirilib, hadisə ilə bağlı araşdırma aparılır.
12:23 22.06.2026
Oxunuş sayı: 53