Kolumbiyada seçkilərin ikinci turunda sağçı namizəd qalib gəlib
Kolumbiyada prezident seçkilərinin ikinci turunda sağçı namizəd Abelardo de la Esprieya 98%-dən çox səslərin sayılmasından sonra qalib elan edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hazırkı prezident Qustavo Petro seçki nəticələrinin bir hissəsinin yenidən sayılmasını tələb edib və ölkə əhalisini rəsmi nəticələri gözləməyə çağırıb.
Petro eyni zamanda seçki prosesinə müdaxilə və səsvermədə saxtakarlıq ehtimalı ilə bağlı İsraili ittiham edib, ABŞ-nin isə prosesə aktiv müdaxilə etdiyini bildirib.
11:24 22.06.2026
Oxunuş sayı: 51