ABŞ senatoru: Tramp Hörmüz boğazını hərbi güclə ələ keçirəcək
ABŞ-dən olan respublikaçı senator Lindsi Qrem bildirib ki, İranla aparılan danışıqlar uğursuz olacağı təqdirdə, Prezident Donald Tramp Hörmüz boğazını hərbi güc vasitəsilə nəzarətə götürə bilər.
Crossmedia.az xəbər verir ki, Cənubi Karolina ştatını təmsil edən senator bu fikri CBS telekanalının “Face the Nation” proqramında səsləndirib.
Qremin sözlərinə görə, Vaşinqton boğaza nəzarəti ələ keçirdikdən sonra həmin marşrutdan keçən gəmilərdən rüsum toplayacaq. O əlavə edib ki, İranın bu nəzarətə qarşı hər hansı addımı ABŞ tərəfindən sərt şəkildə cavablandırılacaq.
Senatorun açıqlaması ABŞ və İran arasında artan gərginlik fonunda diqqət çəkib.
09:40 22.06.2026
Oxunuş sayı: 62