Tramp Melonini İran məsələsinə görə tənqid edib
ABŞ prezidenti Donald Tramp İtaliya və ölkənin baş naziri Corcia Meloni barədə sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp İtaliyanı İranın nüvə proqramından qaynaqlanan təhlükəyə qarşı yetərincə mövqe göstərməməkdə ittiham edib. O bildirib ki, ABŞ uzun illər ərzində NATO-ya trilyonlarla dollar vəsait ayıraraq müttəfiqlərinin təhlükəsizliyini təmin edib.
“Biz NATO-ya trilyonlarla dollar xərcləmişik. Buna baxmayaraq, İtaliya və onun baş naziri İran İslam Respublikasının yaratdığı ciddi nüvə təhlükəsinə qarşı müdaxilə etməyi belə düşünmür. Onilliklər boyu onları qorumuşuq, lakin sınaq anı gələndə bizi və dünyanın qalan hissəsini müdafiə etmək üçün yanımızda olmurlar. Bu, yaxşı hal deyil”, – deyə Tramp vurğulayıb.
09:15 22.06.2026
Oxunuş sayı: 61