Zelenski: Ukrayna Rusiyaya qarşı zərbələri artıracaq
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Rusiya ərazisinə yönələn zərbələri gücləndirəcəyini açıqlayıb.
Crossmedia.az-ın məlumatına görə, o TSN telekanalına müsahibəsində bildirib ki, Ukraniya Rusiyanın davam edən hücumlarına cavab olaraq hər gün daha intensiv şəkildə qarşılıq verməyi planlaşdırır.
Zelenskinin sözlərinə görə, müharibənin təsirləri Rusiya ərazisində də hiss olunmalıdır və buna görə də zərbələr Rusiya hərbi infrastrukturunu təmin edən obyektlərə yönəldiləcək.
08:39 22.06.2026
Oxunuş sayı: 52