Rusiya: NATO 2030-cu il üçün müharibəyə hazırlaşır
NATO 2030-cu il ətrafında Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyi rəsmisi Sergey Qruşko bildirib ki, NATO və Avropa İttifaqının beynəlxalq siyasətdəki prioritetləri və hərbi istiqamətləri getdikcə bir-birinə yaxınlaşır.
Onun sözlərinə görə, alyansın əsas məqsədi Rusiyaya strateji məğlubiyyət yaşatmaqdır. Rəsmı həmçinin qeyd edib ki, mövcud geosiyasi gedişat NATO-nun uzunmüddətli qarşıdurma ssenarisinə hazırlaşdığını göstərir.
06:45 22.06.2026
Oxunuş sayı: 57