Zelenski: Nifrət üzərindən siyasət qurmaq xalqlar arasında münasibətləri korlayır
Ukrayna Prezidenti Volodimir Zelenski Polşada daxili siyasi gərginliklə bağlı açıqlama verərək Karol Navrotskinin davranışlarını Macarıstanın Baş naziri Viktor Orban ilə müqayisə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Zelenski bildirib ki, Polşada “Ağ Qartal ordeni”nin geri alınması ilə bağlı müzakirələr ölkə daxilində siyasi mübarizənin tərkib hissəsidir.
O əlavə edib ki, bu yanaşma Viktor Orbanın siyasi taktikalarını xatırladır.
“Nifrət üzərindən siyasi dividend əldə etmək olmaz, çünki bu, gələcəkdə xalqlar arasında münasibətlərin pisləşməsinə gətirib çıxarır”, – Zelenski qeyd edib.
23:13 21.06.2026
Oxunuş sayı: 62