İran parlament rəsmisindən nüvə danışıqları ilə bağlı sərt iddialar səsləndirilib
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası sədr müavini Mahmud Nəbbian canlı yayımda ABŞ ilə aparılan danışıqlara dair diqqətçəkən açıqlamalar verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Nəbbian ABŞ-lə anlaşma memorandumuna qarşı çıxaraq, ölkənin ali rəhbərliyinin danışıqlar qrupuna verdiyi təlimatlarla bağlı iddialar səsləndirib. Onun sözlərinə görə, İranın mövqeyi iki əsas xətt üzərində qurulub: ya nüvə məsələsində İranın zənginləşdirmə hüququ tam şəkildə tanınmalıdır, ya da bu mövzu ümumiyyətlə danışıqlar gündəliyindən çıxarılmalıdır.
O, həmçinin danışıqlar prosesində iştirak edən bəzi rəsmiləri Ali Liderin göstərişlərinə əməl etməməkdə ittiham edib və uranın təhvil verilməsinin qadağan edildiyini iddia edib.
22:33 21.06.2026
Oxunuş sayı: 59