Bəqayi: ABŞ ilə danışıqların davamı Livandakı atəşkəsdən asılıdır
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə danışıqların gələcəyinə dair açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bəqayi bildirib ki, İsveçrədə aparılan müzakirələr bütün cəbhələrdə müharibənin dayandırılması, sanksiyaların yumşaldılması və İranın dondurulmuş maliyyə vəsaitlərinin azad olunmasına yönəlib.
Onun sözlərinə görə, Livan da daxil olmaqla regionda atəşkəs təmin edilmədən yekun razılaşma üzrə irəliləyiş mümkün deyil.
23:52 21.06.2026
Oxunuş sayı: 52