Vens: ABŞ təkcə İranla deyil, regional sülhə də sadiqdir
İsveçrənin Bürgenstok şəhərində İran–ABŞ dördtərəfli danışıqları çərçivəsində ABŞ vitse-prezidenti Ceyms Devid Vens çıxış edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, ABŞ-nin yalnız İranla deyil, ümumilikdə Yaxın Şərqdə sülhün təmin olunmasına sadiq olduğunu bildirib.
Vens Livandakı vəziyyətlə bağlı da fikir bildirərək, orada müsbət irəliləyiş əldə oluna biləcəyinə inandığını deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp son aylarda Livandakı münaqişənin dayandırılması istiqamətində digər ölkələrlə müqayisədə daha fəal diplomatik addımlar atıb və Vaşinqton nəticə əldə olunana qədər bu səyləri davam etdirəcək.
20:45 21.06.2026
Oxunuş sayı: 63