Tramp: Hörmüz boğazı pullu olacaq
ABŞ Prezidenti Donald Tramp gələcəkdə Vaşinqtonun Hörmüz boğazından keçid üçün ödəniş tətbiq edə biləcəyini, həmçinin bu marşrutla daşınan neftin 20 faizini götürmək variantını nəzərdən keçirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının jurnalisti Trey İnqst məlumat yayıb.
Məlumata görə, Tramp bu ideyanı ABŞ-nin regiondakı strateji və iqtisadi maraqları kontekstində səsləndirib. Bununla bağlı rəsmi qərarın qəbul edilib-edilmədiyi barədə isə əlavə məlumat verilməyib.
Hörmüz boğazı dünya enerji bazarı üçün ən vacib nəqliyyat marşrutlarından biri hesab olunur və qlobal neft tədarükünün mühüm hissəsi məhz bu keçid üzərindən həyata keçirilir.
18:49 21.06.2026
Oxunuş sayı: 49