Rusiyalı məşhur xəstəxanaya yerləşdirildi
Rusiya teatr və kino aktrisası Yekaterina Volkova xəstəxanaya yerləşdirilib. Hazırda o, həkimlərin nəzarəti altındadır.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyinə aktrisanın nümayəndəsi məlumat verib.
Yekaterina Volkova “KQB smokinqdə”, “Next 2” və digər seriallardakı rolları ilə tanınır.
Aktrisanın səhhəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
19:05 21.06.2026
Oxunuş sayı: 55