Meksikada tanker qəzası panikaya səbəb oldu
Meksikanın şərqində yerləşən Tabasko ştatının La Venta şəhərində əyləc nasazlığı olan yanacaqla dolu tanker böyük yanğına səbəb olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, tanker Tabasko və Verakruz ştatları arasındakı sərhəddə yerləşən nəzarət məntəqəsində Meksika ordusuna və Milli Qvardiyaya məxsus iki avtomobilə çırpılıb.
Rəsmilər hadisə zamanı heç bir ölüm və ya yaralanmanın qeydə alınmadığını təsdiqləyib. Fövqəladə hallar xidmətləri isə saatlarla davam edən müdaxilədən sonra yanğını nəzarət altına almağa nail olub.
18:10 21.06.2026
Oxunuş sayı: 45