ABŞ və İran arasında pərdəarxası danışıqlar başladı
İran və ABŞ arasında vasitəçilik yolu ilə bir sıra rabitə danışıqlarının baş tutduğu bildirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər arasında aparılan təmaslarda İsveçrədə nüvə danışıqlarının keçirilməsi məsələsi gündəmdən çıxarılıb.
Məlumata görə, Vaşinqton və Tehran arasında əlaqələr vasitəçilər üzərindən davam edir və danışıqların əsas istiqamətləri ilə bağlı detallara aydınlıq gətirilməyib.
16:00 21.06.2026
Oxunuş sayı: 52