İsraildə Ebola həyəcanı: İkinci şübhəli xəstə aşkarlandı
İsraildə Konqo Demokratik Respublikasından qayıdan şəxsdə Ebola virusuna yoluxma şübhəsi yaranıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İsrail Səhiyyə Nazirliyi daha bir şəxsin Ebola qızdırması şübhəsi ilə tibbi nəzarətə götürüldüyünü açıqlayıb.
Məlumata görə, iki gün əvvəl ölkəyə qayıdan xəstə hərarət, baş ağrısı və ishal əlamətləri yarandıqdan sonra tibbi yardım üçün müraciət edib.
Hazırda onun vəziyyəti və analiz nəticələri ilə bağlı araşdırmalar davam edir.
17:22 21.06.2026
Oxunuş sayı: 56