Benzin, işıq, indi də su: Krımda böhran zənciri böyüyür
Krımda turizm mövsümü fonunda infrastruktur problemləri dərinləşir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, elektrik təchizatında yaranan fasilələr səbəbindən nasos stansiyalarının fəaliyyəti dayanıb, bu da bir sıra ərazilərdə su təchizatında ciddi çətinliklərə yol açıb.
Yerli sakinlərə və turistlərə elektrik enerjisinə qənaət etmələri tövsiyə olunur. Xüsusilə kondisionerlərin istifadəsinin məhdudlaşdırılması xahiş edilir.
Bundan əvvəl bölgədə benzin qıtlığı və elektrik enerjisi ilə bağlı problemlər də qeydə alınmışdı. İndi isə su təchizatındakı fasilələr kurort mövsümünün gedişinə əlavə çətinliklər yaradır.
15:42 21.06.2026
Oxunuş sayı: 49