Polyakların əksəriyyəti Zelenskinin Polşaya mənfi münasibət bəslədiyini düşünür
Polşanın ˝Wirtualna Polska˝ nəşrinin yaydığı sorğunun nəticələrinə görə, respondentlərin 58,3 faizi Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşaya və polyaklara münasibətinin mənfi olduğunu hesab edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sorğu iştirakçılarının 30,1 faizi bunun əksini düşünür. Respondentlərin 11,6 faizi isə bu məsələ ilə bağlı fikir bildirməkdə çətinlik çəkib.
Araşdırma göstərib ki, müxalifət partiyalarının seçiciləri arasında bu fikir daha geniş yayılıb. Belə ki, onların 83 faizi Zelenskinin Polşaya qarşı qərəzli münasibət bəslədiyini düşünür.
Qeyd edək ki, sorğu 12–14 iyun tarixlərində keçirilib. Bu isə Polşanın yeni seçilmiş prezidenti Karol Navrotski ilə bağlı son mübahisələrdən əvvəlki dövrə təsadüf edir.
15:20 21.06.2026
Oxunuş sayı: 52