ABŞ-İran danışıqları Bürgenştokda nahardan sonra başlayacaq
İsveçrənin Bürgenştok kurortunda ABŞ və İran arasında Qətər və Pakistanın vasitəçiliyi ilə dördtərəfli danışıqların günorta saatlarında başlaması planlaşdırılır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, rəsmi görüşlər saat 13:30-da (Bakı vaxtı ilə 14:30) başlayacaq, daha sonra günün ikinci yarısında Vaşinqton və Tehran arasında ikitərəfli məsləhətləşmələr keçiriləcək.
Danışıqlarda iştirak edən tərəflərin artıq görüş məkanına gəldiyi bildirilir. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, jurnalistlərin yalnız akkreditə olunmuş nümayəndələrinin əraziyə buraxıldığı qeyd olunur. Turistlərin isə kurortun yerləşdiyi dağa girişinə icazə verilmir və onlar geri qaytarılır.
15:30 21.06.2026
Oxunuş sayı: 39