Uşakov: Rusiya Ankoric razılaşmalarının yerinə yetirilməsini deyil, qələbəni gözləyir
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “Vesti” jurnalisti Pavel Zarubinə açıqlamasında bildirib ki, Moskva Ankoricdə əldə olunan razılaşmaların yerinə yetirilməsini deyil, öz strateji məqsədlərinə nail olmağı və qələbəni gözləyir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Uşakovun sözlərinə görə, tərəflərdən biri hazırkı razılaşmaları icra etmək üçün tam mövqedə deyil.
Xatırladaq ki, 15 avqustda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Alyaskadakı hərbi bazada görüş keçiriblər. Görüşdən sonra Vladimir Putin Ukrayna münaqişəsinin həllinin əsas müzakirə mövzusu olduğunu bildirib, həmçinin ABŞ ilə münasibətlərdə yeni mərhələ və əməkdaşlığın bərpasına çağırıb, Trampı Moskvaya dəvət edib. Donald Tramp isə danışıqlarda irəliləyiş olduğunu qeyd etsə də, tərəflərin hələ tam razılığa gəlmədiyini vurğulayıb.
14:40 21.06.2026
Oxunuş sayı: 61