Rusiya Ukraynanın hərbi aerodromunu və enerji obyektlərini vurdu
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisində yerləşən hərbi aerodromu, neft emalı sənayesi obyektlərini, yanacaq-enerji kompleksi (YEK) müəssisələrini və nəqliyyat infrastrukturu obyektlərini yüksək dəqiqlikli zərbələrlə vurub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, hücumlar nəticəsində qeyd olunan obyektlərə ziyan dəyib. Hadisə ilə bağlı Ukrayna tərəfinin mövqeyi hələlik açıqlanmayıb.
14:30 21.06.2026
Oxunuş sayı: 50