Polşada Ukraynaya qarşı münasibətlər dəyişir
Polşada anti-Ukrayna əhval-ruhiyyəsinin nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunur.
Crossmedia.az bu barədə UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib.
Nazir bununla yanaşı tərəfləri emosiyalara qapılmamağa çağırıb. Onun sözlərinə görə, Ukrayna səmimi siyasi dialoqa açıqdır və Polşanı təmkinli yanaşma ilə diplomatik üsullara üstünlük verməyə dəvət edir.
“Bizi ortaq çağırışlar, maraqlar və ümumi Avropa gələcəyi birləşdirir. Münasibətlərimizə keçmişin təsirindən qurtulmalıyıq”, – deyə Sibiqa vurğulayıb.
Nazir iki ölkə arasında əməkdaşlığın qorunmasının və qarşılıqlı anlaşmanın gücləndirilməsinin vacibliyini qeyd edib.
14:20 21.06.2026
Oxunuş sayı: 46